Toy mövsümü yaxınlaşır: Qiymətlərdə artım və tarixlərdə sıxlıq yaşanır
Toy mövsümünün başlamasına az qalıb və şadlıq sarayları yeni mövsümə hazırlıqlarını sürətləndirir. Bu müddət ərzində toy mərasimlərinin keçirilməsində yaranan fasilə sona çatmaq üzrədir.
Minval.info xəbər verir ki, paytaxtdakı bir çox şadlıq saraylarında artıq tarixlər əvvəlcədən müəyyən edilib. Bəzi müştərilər isə 5 ay əvvəlcədən tarix təyin ediblər. Ötən illə müqayisədə tələbatın artdığı bildirilir.
İnzibatçılar qiymətlərdə təxminən 10 faiz artım olduğunu qeyd edirlər. Qiymətlər müştərinin tələblərinə görə dəyişə bilir. Minimal qiymətlər isə şadlıq evlərinin təqdim etdiyi xidmətlərə uyğun olaraq fərqlənir. Menyularda bahalaşmanın əsas səbəbi kimi ətin qiymətinin artması göstərilir.
Xatırladaq ki, iyun ayının 16-dan avqustun 14-dək Məhərrəm və Səfər ayları ilə əlaqədar olaraq şadlıq məclislərində fasilələr yaranmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!