Toy görüntülərinə görə Ayseli ittiham etdi
Xəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.
“Minval.info”nun məlumatına görə, azadlığa çıxan sabiq deputat məlum toyla bağlı açıqlama verib və qalmaqalın səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadəni ittiham edib:
“Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel Teymurzadə qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qoroskop - 21 dekabr
Deputat: “Toylara icazə verilməsə, ciddi problemlər yaşanacaq”
Ronaldonun sevgilisi elə video paylaşdı ki... - VİDEO
Eldar Əzizov: "Bakı Nəqliyyat Agentliyi yeni formada fəaliyyətə başlayacaq”
Bir ay əvvəl toyu olan və itkin düşən qız tapıldı - Yenilənib