Toy çəkilişi edirdilər, partlayış oldu - VİDEO
Sosial şəbəkələrdə avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışla bağlı daha bir video yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərdə yeni evlənmiş livanlı cütlük İsraa Səblani və Ahmad Subeyhin Beyrut meydanında nikah fotosessiyası keçirərkən güclü partlayış baş verdiyi görünür.
Hadisədən sonra onların həyatda olub-olmadığı marağa səbəb olub. Bundan sonra gənc cütlük KİV-ə açıqlamasında partlayış anından danışıb:
“Biz qaçmağa başladıq və bu, çox üzücü idi. Partlayışın səsi və törətdiyi dağıntıları təsvir etmək mümkün deyil. Biz hələ də şokdayıq. Bu partlayışın səsinə oxşar bir səs heç vaxt eşitməmişik”,- deyə Ahmad Subeyh bildirib.
Cütlük yaşanan hadisəyə baxmayaraq nikah mərasiminə davam edib.
Xatırladaq ki, Beyrut limanında yerləşən pirotexniki anbarda baş vermiş güclü partlayış nəticəsində 137 nəfər ölüb, 5 minə yaxın insan xəsarət alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkmənistan prezidentinin “ölüm xəbəri” ilə bağlı ilginc iddia
Səudiyyə Ərəbistanında qadınlara hicabsız gəzməyə icazə veriləcək
Azərbaycandakı ermənilər Suriyaya qayıdır?
Dərsə gecikən şagirdləri çarmıxa çəkdi - FOTO
Suriya ordusu ölkənin şimal-şərqindəki neft yatağına nəzarəti ələ alıb
Ərindən boşanan 61 yaşlı qadın ana oldu
Yeməkdən dərhal sonra çay içirsinizsə, bu xəstəliklərə yoluxa bilərsiniz