Tokio-2020 ləğv oluna bilər
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bah bu ehtimalı istisna etməyib:
“Bizim bir prinsipimiz var: Yay Olimpiya Oyunlarını bütün iştirakçılar üçün təhlükəsiz şəraitdə keçirmək. Heç kim bir il və ya iki ay sonra dünyanın necə görünəcəyini bilmir. Buna görə də ilk növbədə mütəxəssislərə güvənməli və onların tövsiyələrinə uyğun qərar qəbul etməliyik.
Mən başa düşürəm, Olimpiadanı daim təxirə salmaq və hər dəfə 3-5 min arası insanı təşkilat komitəsində işə cəlb etmək olmaz. Hər il dünyada beynəlxalq idman federasiyalarının iş qrafikini dəyişdirmək də mümkün deyil, çünki idmançılarda əminlik olmalıdı.
Fərqli ssenarilərə hazır olmalıyıq. Ümid edirik ki, Yay Olimpiya Oyunları gələn ilin iyul ayında keçiriləcək. Bununla birlikdə, təhlükəsiz mühitin yaradılması üçün əlavə tədbirlərin görülməsi tələb oluna bilər. Bu mənada idmançılar və Olimpiadanın digər əməkdaşları üçün karantin rejimi də istisna deyil”.
Bah Yaponiyadakı sosial məsafə məsələsi ilə bağlı mövcud məhdudiyyətlər haqqında da danışıb. Bəzi mütəxəssislər iddia edir ki, Tokiodakı şərait Oyunların qapalı qapılar arxasında keçirilməsinə imkan verir. BOK rəhbəri bu fikirləri “spekulyasiya” adlandırıb.
Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Daha öncə Yaponiyanın baş naziri Şinzo Abe növbəti yay baş tutmayacağı təqdirdə, Olimpiadanın təqvimdən çıxarılacağını bildirmişdi.
bbc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik”
Azərbaycan Premyer Liqası: İkinci dövrənin liderləri məlum olub
İranın İdman naziri "Traktor"u deyil, rəqibini təbrik etdi - QALMAQAL
Yeni nazir AFFA-ya gəldi, ona hesabat verildi
Kristiano Ronaldo Paolo Maldinini arxada qoyub
"Barselona" 300 milyonluq təklifdən imtina etdi
