Tofiq Musayev Həbib Nurməhəmmədovla bir siyahıda yer aldı
“TurStat” idman və turizm portalı MDB məkanının son il ərzində 10 ən yaxşı MMA döyüşçüsünün reytinqini təqdim edib.
Oxu.Az xəbər verir ki, reytinqdə MMA döyüşçülərinin çəki dərəcələri nəzərə alınmayıb.
2019-cu ildə MDB ölkələrində qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına Həbib Nurməhəmmədov, Fyodor Yemelyanenko, Pyotr Yan, Albert Tumenov, Zabit Maqomedşaripov və Maqomed İsmayılov (Rusiya), Mahmud Muradov (Özbəkistan), Andrey Arlovski (Belarus), Jalqas Jumaqulov (Qazaxıstan), Tofiq Musayev (Azərbaycan) və Loyk Rəcəbov (Tacikistan) daxil olublar.
Tofiq Musayev 2019-cu il dekabrın 31-də RIZIN Qran-Prisinin qalibi olub.
Qeyd edək ki, reytinq ötən il MDB məkanında ən yaxşı MMA döyüşçüsü mövzusunda qarışıq döyüş sənətisevərlərin internet sorğusunun yekunlarına əsasən tərtib olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanovdan Pedro açıqlaması
Çempionlar Liqası: PSG "Atalanta"nın hissləri ilə oynadı - VİDEOİCMAL
Rəsul Çunayev dünya çempionatına belə hazırlaşır - VİDEO
UEFA növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açıb
Meksika almanlara şok yaşatdı - Gözlənilməz nəticə (Video)
Stadnik: Ən çətin qarşılaşmam finalda oldu
Zlatan İbrahimoviç klub alır