Timur Rodrigez aliment məbləğini azaltmaq istəyir
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez keçmiş həyat yoldaşı Anna Devoçkinadan olan iki oğlu üçün ödədiyi alimentin azaldılması üçün məhkəməyə müraciət edib. O, aliment məbləğinin 1,5 milyon rubldan (31 min manat) 500 min rubla (10 min manat) endirilməsini istəyir. Şoumenin vəkili Sergey Jorin bildirib ki, hüquqşünaslar bu məsələdə mübarizəni davam etdirəcəklər.
Minval.info xəbər verir ki, məhkəmədən həmçinin uşaqların biznes-klassla uçuşları ilə bağlı öhdəliyin dəyişdirilməsi də istənilib. Lakin məhkəmə bu tələbi qəbul etməyib və uşaqların biznes-klass əvəzinə ekonom-klassla uçmasına razılıq verməyib. Valideynlərin uşaqları müəyyən həyat tərzinə alışdırdığı səbəb kimi göstərilib.
Rodrigez, həmçinin gəlirlərinin azaldığını və müəyyən edilmiş aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini bildirən sənədləri məhkəməyə təqdim edib. Buna baxmayaraq, onun 45 dəqiqəlik özəl çıxış üçün təxminən 1,5 milyon rubl qazandığı qeyd olunur. Beş saatlıq çıxış üçün isə qonorarının 2,5 milyon rubl (51 min manat) olduğu bildirilir.
Qeyd edək ki, Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə qurublar və bu nikahdan iki oğulları var. Cütlük 2025-ci ilin mayında rəsmi olaraq ayrılıb. Rodrigez və yeni sevgilisi Katya Kabak iki ay əvvəl evlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!