“TikTok” və “WeChat” ABŞ-da qadağan edildi - Tramp fərman imzaladı
Ağ Ev ABŞ Prezidenti Donald Trampın “TikTok” proqramına qarşı tədbirlərin görülməsi haqqında icraçı fərmanı imzaladığını bildirib.
Minval.info report-a istinadən xəbər verir ki, Tramp “TikTok”un sahibi “ByteDance” və onun törəmə şirkətləri ilə hər hansı bir əməliyyata qadağa qoyub.
“TikTok” təhlükəsi ilə mübarizə haqqında” icraçı fərmana əsasən “ByteDance” proqramının sahibi ilə istənilən sazişlər 45 gün ərzində dayandırılır.
“ABŞ yurisdiksiyasında “ByteDance” ilə hər hansı (hüquqi və ya fiziki şəxs tərəfindən) əməliyyat qadağan edilir”, – fərmanda deyilir.
“Çində yerli şirkətləri tərəfindən hazırlanan mobil tətbiqlərin ABŞ-da yayılması Birləşmiş Ştatların milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid etməkdə davam edir”, – fərmanda deyilir.
“İndi konkret bir tətbiqin – “TikTok”un təhdidinə cavab vermək üçün səy göstərilməlidir”, – deyə Tramp əlavə edib.
ABŞ Prezidenti həmçinin Çinin internet nəhəngi “Tencent” və onun sahibi olduğu “WeChat” sosial şəbəkəsi üzərindəki törəmə şirkətlərlə sövdələşmələri qadağan edən fərman da imzalayıb. Sənədin mətni Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
Qadağa fərmanın nəşrindən 45 gün sonra, yəni sentyabrın sonunda qüvvəyə minir. “WeChat”a aid olan istənilən sazişlər qadağaya aiddir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq