02.06.2019 - 15:41
İdman
18 baxış
The Sun: “Liverpul” fanatları korlanmış ayaqyoluna görə baqajsız qaldılar
“Liverpul”un öz sevimli klubunun “Tottenhem”lə oyununu izləmək üçün Madridə avtobusla yola düşmüş fanatları gözlənilməz problemlə üzləşiblər.“”Ölkə.Az” bildirir ki, sıradan çıxmış ayaqyoluna görə, sərnişinlərin avtobusun aşağısında olan, demək olar, bütün baqajı sidiyə batıb.
Qeyd edək ki, “Liverpul” və “Tottenhem”in yüzlərlə azarkeşi Madridə avtobusla yola düşməli olmuşdular. Belə ki, Londondan birbaşa aviareyslərə olan bütün biletlər, demək olar, dərhal satılmışdılar.
Ceymi adlı “Twitter” istifadəçilərindən biri öz klubunu dəstəkləmək üçün “Liverpul” azarkeşlərinin Madridə qədər olan dəhşətli 30 saatlıq səfərindən danışıb.
O, azarkeşlərin öz baqajlarının salamat qalıb-qalmadığını yoxladıqları əks olunan şəkil paylaşıb.

“80 faiz baqaj sidiyə batmışdı. Xoşbəxtlikdən mənimki qurudu, amma digərlərinin bəxti gətirmədi”, – deyə Ceymi özünün “Twitter” hesabında yazıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
20.10.2026 - 13:04
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
20.10.2026 - 10:24
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14