“The New York Times”: “İran bir aydan sonra atom bombasını yarada bilər”
Təxminən bir ay sonra İran ilk atom bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək və bunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edərək nüvə anlaşmasında daha əlverişli şərtlər qazanmağa çalışacaq.
“Minval.info” xəbər verir ki, İranın ikinci atom bombası yaratması üçün təxminən üç ay, üçüncüsünü yaratmaq üçün isə beş aydan bir qədər az müddətə ehtiyacı var.
Bu qənaətə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) son hesabatlarına əsaslanaraq, Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu gəlib.
Hesabatın müəllifi Devid Olbraytdır.
Rəsmi Tehran isə öz növbəsində nüvə silahı arsenalı yaratmaq niyyətində olmadığını bəyan etməyə davam edir.
ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyasının üzvləri hələ sözügedən hesabata münasibət bildirməyiblər.
Mənbə: “The New York Times”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya polisi barədə Azərbaycanla bağlı qərar verilib
Saakaşvili Gürcüstanda saxlanıldı
Türk qırıcıları havaya qaldırıldı: Şimali İraqda əməliyyat
Rusiyada şaxtada daha 18 nəfərin meyiti tapılıb
"Barselona"nın Arda Turan planı üzə çıxdı