Teymur Rəcəbov Aronyana qalib gəlib çempion oldu
Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.
“Minval.info”nun məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb.
34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci dueldə də lazımı nəticəni qazanıb. Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ən azı heç-heçəni təmin edib ki, bu da 2 final matçının nəticəsinə əsasən onun çempionluğunu təmin edib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.
Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.
Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək