Televiziya əməkdaşı aktrisanın evini soyub
Aktrisa Çimnaz Sultanova “Lider” telekanalının əməkdaşı Zərif Əlixanovanın onun qızıllarını oğurladığını iddia edib.
Sənətçi “Xəbər-ətər” verilişində bu haqda danışıb. O bildirib ki, hadisə 3 il əvvəl olsa da, hələ də dələduz cəzalandırılmayıb:
“Üç ildir ki, evimdə oğurluq olub. Ən yaxın rəfiqəm brilyantlarımı oğurlayıb. Zərif Əlixanova “Lider” telekanalında işləyirdi. Həmin vaxt onla yaxın idim, hətta prodüserliyimi edirdi. Özü də izahat yazıb və boynuna alıb ki, özüm və qızım etmişik. Qızı uşaqdır, onun boynuna atır. Uşaq da durub deyir ki, mən etmişəm.
Bu adam dələduzluqla məşğuldur. Yeni il ərəfəsi çəkilişdən gəlmişdim. Həyat yoldaşımın aldığı 32 min avroluq sırğanı çıxarıb qoydum stolun üstünə. Hamı bilir ki, mənim keçmiş həyat yoldaşım professordu və Almaniyada həkim çalışırdı. Bir də mənə valideynlərimdən köhnə qızıllar qalmışdı. Onu belə götürüb aparıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Sənə dəxli yoxdur” - Video
"... azərbaycanlı tələbələr insanları təhdid edərək pul tələb edirmiş"
Zaurun verilişində şok anlar - Qadın özündən getdi... - VİDEO
Bəyazın azərbaycanlı sevgilisi - Fotolar
Bakıda yağış nəqliyyatın hərəkətini iflic etdi - VİDEO