"Telegram" və "WhatsApp" istifadəçiləri, ehtiyatlı olun: yeni casus proqramı peyda olub
Kibertəhlükəsizlik şirkətləri “FinSpy” casus proqramının yeni versiyasını aşkar edib.
Sputnik Azərbaycan xəbər verir ki, ziyanverici proqram istifadəçinin mobil cihazda demək olar ki, bütün hərəkətlərini izləyir.
Bildirilir ki, “FinSpy” hətta təhlükəsiz sayılan mesajlaşma proqramları ilə göndərilən məxfi ismarıcları belə oxuya bilir.
“Bu proqram artıq “Telegram”, “WhatsApp”, “Signal” və “Threema” kimi şifrələmədən istifadə edən mesajlaşma proqramlarından məlumat toplaya bilir” – şirkət deyib.
Ekspertlər qeyd edir ki, cinayətkar “FinSpy” proqramını qurbanın cihazına giriş əldə etməklə yükləyə bilər. Bundan başqa, ziyanverici proqram SMS mesaj, elektron məktub və ya “push” bildirişlərlə göndərilir.
“FinSpy” smartfon və ya planşetlərdən müxtəlif məlumatları oğurlayır: bura cihazın kitabçasında olan nömrələr, elektron məktublar, mesajlar, təqvim qeydləri, “GPS” məlumatları, şəkillər, cihazın yaddaşında saxlanılmış fayllar və mesajlaşma proqramları ilə göndərilən ismarıclar daxildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq