Telefonunuzun düşməni – qoruyucu şüşələr haqqında bilmədikləriniz!
Elektron cihazların ekranlarını cızılmalardan qorumaq üçün istifadə olunan qoruyucu şüşə və plyonkalar bəzi hallarda cihazların işini mənfi təsir edə bilər. Ekspertlər bildirir ki, bu aksesuarlar cihazların funksionallığını azalda və hətta onları sıradan çıxara bilər.
Minval.info xəbər verir ki, smartfonlarda qoruyucu şüşə və plyonkalar ekranın cızılmasının qarşısını almağa kömək etsə də, bəzi cihazlarda istifadəsi tövsiyə edilmir. Xüsusilə noutbuk ekranlarına əlavə şüşə yapışdırmaq, ekranla klaviatura arasında boşluğun azalmasına səbəb olur və bu, ekranın və menteşə mexanizminin zədələnməsinə gətirib çıxara bilər.
Qatlana bilən smartfonlar üçün də əlavə qoruyucu şüşə istifadəsi məsləhət görülmür. Bu tip cihazların elastik ekranları əlavə qatın təsirindən zərər görə bilər.
ƏLAQƏLİ
Qazaxın xanlıqlar kəndində qaz sızmaları: Sakinlər Avqustun 18-də nə edəcək?
Elektron kitab oxuyucuları isə xüsusi mat ekranlarla təchiz olunub ki, bu da işığın əks olunmasını azaldır və kağız görüntüsünə yaxın effekt yaradır. Qoruyucu şüşə yapışdırıldıqda bu xüsusiyyətlər zəifləyə bilər və günəşli havada parıltı yarada bilər, bu da oxumağı çətinləşdirir.
Fotoaparat və ağıllı saatlarda da qoruyucu şüşə istifadəsi tövsiyə edilmir. Fotoaparatlar üçün istehsalçının təqdim etdiyi xüsusi çanta və örtüklərdən istifadə etmək daha məqsədəuyğundur. Ağıllı saatların əyri kənarları səbəbindən qoruyucu şüşənin düzgün yapışdırılması çətinləşir və bu, toxunma həssaslığını azalda bilər.
Ekspertlər cihazın konstruksiyasını nəzərə alaraq, yalnız istehsalçı tərəfindən uyğun hesab edilən qoruyucu aksesuarların seçilməsini tövsiyə edirlər.
ƏLAQƏLİ
Böyükşor gölündəki pis qoxunun səbəbi nədir? – Yaşıl rəngli suyun sirri açıqlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qazaxın xanlıqlar kəndində qaz sızmaları: Sakinlər Avqustun 18-də nə edəcək?
İcarə vergisi ödəmədən necə qurtulmaq olar? – Vacib detallar