Tehranda çirkli hava 1 ildə 3 751 nəfərin ölümünə səbəb olub
İranın paytaxtı Tehranda havanın çirklənməsinin bir il ərzində minlərlə insanın ölümünə səbəb olub.
Minval.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin Hava Təmizliyi və İqlim Dəyişikliyi İdarəsinin rəisi Abbas Şahsuni İSNA agentliyinə açıqlamasında havanın çirklənməsinin yaratdığı problemlər barədə danışarkən bildirib.
Abbas Şahsuni qeyd edib ki, ötən il Tehranda havanın çirkli olması səbəbindən 3 751 nəfər ölüb. O, bu problemin hər il baş verdiyini və təmiz hava ilə bağlı qanununun tələblərinin həyata keçirilmədiyini bildirib.
Şahsuni köhnə və dizel mühərrikli avtomobillərin, motosikletlərin və digər yanacaq növləri arasında üstünlük təşkil etdiyini deyib. Mütəxəssis qeyd edib ki, havanın ən çox çirklənməsinə də bu nəqliyyat vasitələri səbəb olur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub