TƏBİB-də kadr inqilabı: Yeni təyinatlar və işdən çıxarılmaların səbəbi nədir?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir. Bu çərçivədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov tərəfindən yeni əmrlər imzalanıb.
Minval.info xəbər verir ki, Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb və Atilla-Turan Nuru oğlu Bayramov həmin şöbənin müdiri vəzifəsinə təyin edilib.
Müraciətlərlə iş departamenti İnzibati idarəetmə departamenti ilə birləşdirilib. İlham Həqiqət oğlu Hüseynov Müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən azad edilib, yeni birləşdirilmiş departamentin rəhbəri isə Elvin Fikrət oğlu Bayramov olub.
Bundan əlavə, Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Adışirin oğlu Mirzəbəyli vəzifəsindən çıxarılıb və onun yerinə Elza Rafiq qızı Əfəndiyeva təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı