TƏBİB-də kadr inqilabı: Yeni şöbə və rəhbərlər iş başında!
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir. Bu dəfə təşkilatın rəhbərliyi tərəfindən iki vəzifəli şəxs işdən azad edilib.
Minval.info xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı əmrlərə əsasən, Beynəlxalq əlaqələr departamenti ləğv edilərək yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb və Atilla-Turan Nuru oğlu həmin şöbənin müdiri təyin olunub.
Bundan əlavə, Müraciətlərlə iş departamenti İnzibati idarəetmə departamenti ilə birləşdirilib. Bu dəyişiklik nəticəsində Hüseynov İlham Həqiqət oğlu Müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən azad edilib. Yeni yaradılan departamentin rəhbəri isə Bayramov Elvin Fikrət oğlu olub.
Eyni zamanda, Təlim və tədqiqatlar departamentinin rəhbəri Mirzəbəyli Teymur Adışirin oğlu vəzifəsindən çıxarılıb və onun yerinə Əfəndiyeva Elza Rafiq qızı təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı