Tbilisidə parlament binası qarşısında Saakaşviliyə dəstək aksiyası keçirilib
Gürcüstanın paytaxtı Tbilisidə, ölkə parlamentinin binası qarşısında “Ayıbdır” qeyri-hökumət təşkilatının nümayəndələri ölkənin keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq etiraz aksiyası keçiriblər.
Minval.info-nun “RİA Novosti”yə istinadən məlumatına görə, nümayişçilər Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Aksiyaçılar bununla müxalif partiya ilə həmrəy olduqlarını nümayiş etdiriblər.
Bundan əvvəl Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına qoşulub.
Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.
Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.
Noyabrın 11-də Gürcüstanın eks-prezidentinin vəkili bildirib ki, Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmaq qərarına gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub