24.11.2021 - 15:56
Region 1 baxış

Tbilisidə həbsxanada Ukrayna vətəndaşının meyiti aşkarlanıb

Gürcüstanın paytaxtı Tbilisidəki 8 saylı Qldani həbsxanasında məhbus vəfat edib.

“Minval.info” “Report”a istinadən xəbər verir ki, həmin şəxsin 32 yaşlı Ukrayna vətəndaşı Yeqor Qreqenko olduğu müəyyən edilib.

Onun vəkilinin sözlərinə görə, müdafiə etdiyi şəxs ölümündən öncə bir nəfərlik kameraya köçürülməsinin mümkünlüyü barədə maraqlanıb.

Ukrayna vətəndaşının meyiti ekspertizaya göndərilib.

Qldani həbsxanasında istintaq tədbirləri həyata keçirilir.

Y.Qreqenko son aylar ərzində Qldani türməsində həbs cəzası çəkib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: