Tanınmış şəxslərin evlərindən oğurluq edənlər həbs olundu
Xalq artisti Ramiz Quliyevin bağ evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərin cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Axşam.az-ın məlumatına görə, iş hakim Elmar Rəhimovun icraatına verilib. İttihama görə, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə həbs edilən Əliyev Etibar Nazir oğlu və Bayramov Camiddin Ziyəddin oğlu cinayətləri planlaşdıran zaman əsasən imkanlı şəxslərin bağ evini hədəf seçiblər.
Qeyd edək ki, R.Quliyevlə yanaşı akademik Firudin Köçərlinin oğlu Akif Köçərli (BDU-nun dosenti), professor Canbaxış Nəcəfov (ATU-nun “Tibbi biologiya və genetika” kafedrasının müdiri), Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşı Əmrah Əliyev də zərərçəkmiş şəxs qismində tanınıblar.
Həbs edilən şəxslər daha çox Xəzər rayonunda yerləşən bağ evlərini talamaqda günahlandırılır. Onlar ümumilikdə 25 epizod üzrə oğurluq etməkdə təqsirli bilinirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı