Müğənni Aslan Hüseynova AzTV-də qoyulmuş efir qadağası davam edir.

Bu barədə “Ölkə.Az”a Hüseynov özü danışıb. Sənətçi bildirib ki, efir qadağasının niyə qoyulmasının səbəbini ona demirlər:

“Deyəsən Arif Alışanov getsə də, qadağa aradan qaldırılmayıb. Başa düşmürəm, məgər AzTV ayrı respublikadır? Telekanalın musiqi redaktoruna da, Bədii Şuranın üzvü Mənsum İbrahimova da zəng vurmuşam. Bildirdi ki, Aslan, bu barədə eşitməmişəm, amma məsələni qaldıracağam. İndi qərarı gözləyirəm”.

Qeyd edək ki, Aslan Hüseynova AzTV-nin keçmiş sədri Arif Aslışanovun dövründə də efir qadağası qoyulmuşdu.