12.06.2023 - 12:46
Qalmaqal 110 baxış

"Küçə qadınlarına bahalı hədiyyələr verənləri araşdırsınlar" - Nazilə Səfərli

Ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya qızıl alınması müzakirələrə səbəb olub.

Minval.info xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayan hədiyyə müzakirələrə səbəb olub.

Şair Nazilə Səfərli müəllimlə bağlı paylaşıma reaksiya verib. O, müəllimə haqq qazandıraraq, müəllimə verilən hədiyyəni deyil, küçə qadınlarına verilən hədiyyələrin araşdırılması lazım olduğunu bildirib:

“Yazıq müəllimlər… Küçə qadınlarına ən bahalı hədiyyələr verənləri araşdırsınlar. Bu müəllimin özəl günününə alınıb. Nə alsın, qaloş?! Müəllimə yaxşı şeylər niyə qadağandır? Qızılın qabından da çox bahalı olmadığı görünür. Lap 1000 manat düşünək, çoxdur ki? Ömrü gedib yazıq müəllimin”.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: