Tanınmış aparıcı Əhməd Cavadın nəvəsinə: "Babanızı görmüsünüzmü?" - BİABIRÇILIQ
ARB telekanalının bugünkü efirində, “Xəbər-ətər” proqramında biabırçı anlar yaşanıb.
“Minval.info” bildirir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqrama onun nəvəsi Anar Axundzadə qatılıb.
Verilişin aparıcı Zümrüd Bədəlova qonağa verdiyi sualla özünü gülünc vəziyyətinə gətirib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Aparıcının Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualı müsahibi təəccübləndirib.
Anar Axundzadə təəccübünü gizlətməyərək, “babam 37-ci ildə güllələnib” deyə cavab verib.
Aparıcı bu dialoqun ardınca, “Bir azdan sizə Əhməd Cavad kefi yaşadacağıq” deyib.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Üzr istəmək yerinə, onu tənqid edənləri qınadı
“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq”.
Bunu Zümrüd Bədəlova ötən gün aparıcısı olduğu verilişdə Əhməd Cavadın nəvəsi Anar Axundzadə ilə söhbətində onu savadsızlıqda qınayanlara cavabında deyib. “Kef edin, təki reklamınız getsin. Nə qədər gülürəm sizə. Boşluq idi, bir az başınız qarışsın. Vaxtınız olanda filmin əvvəlinə də baxın, həyatda bir baltaya sap olmamışlar. Xoşum gəlir, travmadan çıxarıram sizi, savabdır”, – deyə aparıcı bildirib.
ƏLAQƏLİ
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Xatırladaq ki, ötən gün ARB telekanalının efirində yayımlanan “Xəbər-ətər” proqramına Əhməd Cavadın nəvəsi Anar Axundzadə qatılıb. Veriliş zamanı aparıcı verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib. Belə ki, aparıcı, A. Axundzadəyə “Babanızı görmüsünüzmü?” sualını ünvanlayıb. Müsahib isə “Babam 37-ci ildə güllələnib” deyə cavab verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür