ABŞ-li mühəndisdən Nassim Talebə AÇIQ MƏKTUB – “Ruben Vardanyanla bağlı mövqeyinizi yenidən nəzərdən keçirin”
Türk əsilli amerikalı mühəndis və yazıçı Ergün Kırlıkovalı livan əsilli amerikalı yazıçı Nassim Nicholas Talebə açıq məktub ünvanlayaraq onu Ruben Vardanyanla bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.
Minval.info xəbər verir ki, məktubda Talebin Ruben Vardanyanın həbsdə olduğu müddətdə Bakıda mühazirə oxumaqdan imtina etməsi ilə bağlı açıqlamasına münasibət bildirilib.
Kırlıkovalı məktubunda iddia edib ki, Ruben Vardanyanın maliyyə fəaliyyəti və əlaqələri onun xeyriyyəçi kimi formalaşdırılan imicinin arxasında fərqli reallığın dayandığını göstərir. O, Vardanyanın fəaliyyəti ilə bağlı müxtəlif beynəlxalq ittiham və araşdırmalara istinad edərək bunun geosiyasi sabitliyə təsir göstərdiyini irəli sürüb.
Məktub müəllifi həmçinin qeyd edib ki, Talebin Vardanyanın həbsi ilə bağlı mövqeyi regiondakı siyasi və təhlükəsizlik reallıqlarını nəzərə almır. Onun fikrincə, Vardanyanın 2022-ci ilin sonunda Qarabağa gəlişi bölgədə vəziyyətin gərginləşməsinə təsir göstərib.
Kırlıkovalı məktubunda Vardanyanın adının “Troika Dialog” və “Troika Laundromat” kimi tanınan maliyyə sxemi ilə əlaqələndirildiyini də xatırladıb və bu barədə beynəlxalq araşdırmalara istinad edib.
Müəllif sonda Talebin Ruben Vardanyanın azadlığa buraxılması ilə bağlı çağırışlarının yanlış yanaşma olduğunu iddia edərək, bunun regional münaqişələrin nəticələrini və zərərçəkənlərin taleyini kifayət qədər nəzərə almadığını bildirib.
Qeyd edək ki, məktubda yer alan fikirlər Ergün Kırlıkovalının şəxsi mövqeyidir və qarşı tərəfin bu iddialara münasibəti materialda əks olunmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir