28.05.2020 - 17:48
Qalmaqal 4 baxış

Tahir İmanov : "Rəşid Behbudovun kürəkəni "Space TV"də bayağılığı təbliğ edir"

“Planet Parni iz Baku” komandasının üzvü, Əməkdar artist Tahir İmanov “Space” telekanalını sərt tənqid edib.

“Instagram”da canlı efir açan T.İmanov sözügedən kanalda yayımlanan verilişlərin səviyyəsinin aşağı olduğunu deyib.

“Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev “Space TV”nin baş prodüseri olduğu halda, hər axşam bu telekanalda bayağılığı təbliğ edir.

“Sevimli mahnı” verilişi və telekanalda yayımlanan digər proqramlarda bayağı ifaçıların musiqiləri səsləndirilir. Bu, Azərbaycan muğamı, musiqisi, ritmi deyil. Fikirləşdiyiniz 6/8 ritmi deyil. Rəşid Behbudovun həmin ritmdə necə mahnılar oxuduğunu xatırlayın”, – deyə T.İmanov bildirib.

Qeyd edək ki, zaman-zaman bir çox incəsənət nümayəndələri və ictimai xadimlər də “Space TV”də yayımlanan verilişlərin bayağılığı təbliğ etdiyini vurğulayıblar. (Oxu.az)

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: