Tacikistan Prezidenti əhalini 2 illik ərzaq ehtiyatı toplamağa çağırdı
Tacikistan Prezidenti Emoməli Rəhmon əhalini 2 illik ərzaq ehtiyatı toplamağa və dövlət müstəqilliyinin müdafiəsinə hazır olmağa çağırıb.
“Report” yerli “Asiya Plyus” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Asiya ölkəsinin rəhbəri Ramazan ayının başlaması ilə bağlı xalqa müraciətində bildirib.
“Dünyada siyasi, hərbi, iqtisadi və sosial vəziyyətin son dərəcə gərgin, böhranlı, mürəkkəb və təhlükəli olduğu bir şəraitdə ayrı-ayrı ölkələrin müstəqilliyi və azadlığı, onların dövlətçilik strukturu məsələsi ciddi sual altındadır. Bu da hər birimizi həmrəy olmağa, dövlətin və cəmiyyətin təhlükəsizliyini təmin etməyə səsləyir. Biz həyatımızın əvəzsiz neməti olan dövlət müstəqilliyini və onun əldə etdiyi nailiyyətləri – sülhü, əmin-amanlığı, siyasi sabitliyi, milli birliyi qorumağa hər zaman hazır olmalıyıq”, – o deyib.
Dövlət başçısının sözlərinə görə, hər bir ailə özünü necə təmin edəcəyini düşünməli, mümkün qədər çox ərzaq istehsal etməli və iki il ərzində lazımi ərzaq ehtiyatı yığmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü