Tələbə qız müəllimindən uşaq dünyaya gətirdi - Azərbaycanda
Azərbaycanda tələbə qız müəllimindən uşaq dünyaya gətirib.
Bu barədə ATV-də yayımlanan “Bizimləsən” verilişində məlumat verilib. Verilişə müraciət edən Zaur anası ilə görüşmək istədiyini bildirib.
Aparıcı Zaur Baxşəliyev həmin tələbənin adını açıqlamasa da, bir çox faktların üstünü açıb:
“1980-cı ildə tələbə qız Azərbaycanın şimal rayonlarından birindən Mingəçevirə mühasibatlıq üzrə oxumağa gəlib. Burada onun müəllimi ilə arasında münasibət yaranıb. Tələbə qız müəllimindən hamilə qalıb. Rayona qayıdan tələbə qız ailəsi tərəfindən Bakıya, əmisigilə göndərilir. O, Bakıda kirayə qaldığı evlərin birində 1981-ci ildə uşağı dünyaya gətirir. Həmin mənzil OMD-yə yaxın yerdə yerləşir. “Salyan kazarması”na yaxındır. Doğulan uşağı bir ailəyə verirlər. Həmin qadın uşağını övladlıq verdiyi ailəyə gedib gəlirmiş. 7 ildən sonra isə həmin ailə ilə əlaqəsi kəsilir, qadın rayona qayıdır, burada toyu olur. Hərbçi ilə evlənir. İndi də həmin şəxslə evlidir. Həmin qadının yaşama ehtimalı var. Mən istəyirəm ki, o efirə gəlsin və Zaur anasını tanısın”.
///Unikal.org
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı