TƏCİLİ: Ukrayna Aİ-yə namizədliklə bağlı müsbət cavab aldı – Ərəstun Oruclu ilə “Canlı debat”
Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib. Bu barədə Komissiyanın Prezidenti Ursula von der Leyen keçirdiyi mətbuat konfransında bildirib.
O, Ukrayna və Moldovanın Avropa perspektivinə layiq olduqlarını qeyd edərək hər iki ölkədə bəzi boşluqların aradan qaldırılması üçün islahatların aparılmasına ehtiyacın olduğunu söyləyib.
Gürcüstana gəlincə, U.Layen bildirib ki, ölkə struktur islahatlar və Aİ-yə aydın yol hazırlamaq üçün siyasi cəhətdən bir araya gəlməlidir: “Komissiya Gürcüstana namizəd statusu təqdim etməzdən öncə ölkənin bir sıra şərtlərə necə cavab verdiyinin qiymətləndirilməsini tövsiyə edir”.
Bu və gündəmdəki bir çox sualları bu gün saat 16.00-da “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://youtu.be/2gwmBst2M9A
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
24 saatda inzibati məsuliyyətə cəlb olunanların sayı açıqlandı
Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
Mutasiyaya uğramış koronavirus sürətlə yayılır
21 əsgəri xilas edən şəhid Əsəd Əsədli... - Video
Azərbaycanlı model ərəb iş adamı ilə ailə qurur - FOTO
