“Təəccüblə yazır ki, sən də toy aparırsan?” – Tural Museyibov
Tanınmış aparıcı, jurnalist Tural Museyibov yeni toy adətlərinin tənqid olunmasından danışıb.
Minval.info Dərgi.az-a istinadən xəbər verir ki, aparıcı bildirib ki, bəzi adət- ənənələrə sadiq qalmaqla yeniliklərə açıq olmaq lazımdır:
“Yenilik hər zaman olub. Köklü ənənələrimizi zədələməyən yenilikləri niyə də qəbul etməyək? Tənqid xatirinə danışılır, amma bu düzgün deyil. Toy adət-ənənəsi hər zaman olub. Toy bizim folklyorumuzu, ənənələrimizi bu günümüzə gətirir. Bizim özünəməxsus ailə institutumuz var. Biz ailəyə dəyər veririk. Toy məclislərimiz də bunun bir nümunəsidir ki, qohumlar, yaxınlar iki gəncin evliliyə ilk addımını dəstəkləyir, onların yanında olur, xeyir-dua verir. Əvvəllər bizdə mağar toyları vardı. İndi toylar restoranda keçirilir, bir film formatında konsert kimi keçir. Bu müasirlikdir. Gənclər sevdikləri müğənniləri, aparıcıları məclislərə dəvət edir, bəzən səhnəyə çıxıb rəqs edirlər. Bu onların özəl günüdür. Aparıcısı olduğum toylarda da müşahidə edirəm ki, müasir toylar çox maraqlıdır, çox əyləncəlidir. Təbii ki, çərçivədən çıxmadan, adət-ənənələrdən tam uzaqlaşmadan bütün yeniliklər gözəldir. Mənə adətən valideynlər zəng edir ki, övladımın xeyir işini istəyirik Siz aparasınız. İndi toydan paylaşım edəndə bəzi dostlarım təəccüblə yazır ki, sən də toylara gedirsən? Mən jurnalist olmaqla yanaşı böyük-kiçik yeri bilən, səlis nitq qabiliyyəti olan aparıcıyam. İllərdir ki, seçilən məclis və tədbirlərdə aparıcılıq edirəm. Sadəcə olaraq paylaşmırdım, bu tərəfimi göstərmirdim. Lakin dostlarım təkid etdi ki, bölüş, insanlar bilsin, bu səndə yaxşı alınır. Bir daha qeyd edirəm, yerində edilən yeniliklərə açıq olmaq lazımdır”.
Посмотреть эту публикацию в Instagram
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi