Sürücülərin nəzərinə: Avtomobillər bu istiqamətdən Bakıya buraxılmır - VİDEO

Yol polisləri avtomobillərin dövlət nömrə nişanlarına baxaraq şəhərə buraxırlar.
Minval.İnfo xəbər verir ki, 10, 90 və 99 rəqəmləri ilə başlamayan dövlət nömrə nişanlı avtomobillərin sürücülərinə maşınlarını yaxınlıqdakı ödənişsiz dayanacaqda saxlamaları tövsiyə edilərək geri qaytarılır.
Görüntülər səhər saatlarında paytaxtın Şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində lentə alınıb. Sözügedən ərazidə yol polis postu qurularaq rayon qeydiyyatlı avtomobillərin girişinə məhdudiyyət qoyulub. Məqsəd növbəti ”Formula 1 Azərbaycan Qran Prisi” yarışı ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısını almaqdır. Eyni post cənub girişində ”Lökbatan” dairəsi yaxınlığında da fəaliyyət göstərir.
Amma rayonlardan, o cümlədən Sumqayıtdan gələn sərnişindaşıma ilə məşğul olan avtobusların Beynəlxalq Avtovağzala qədər girişinə icazə verilir. Ancaq bu, o anlama gəlmir ki, rayon qeydiyyatlı avtomobillə gələn şəxslər şəhərə girə bilməyəcəklər. Həmin şəxslərə avtomobili xüsusi mühafizə olunan dayanacaqda saxlamaq təklif edilir.
Lakin bəzi sürücülər bu məhdudiyyətlərdən hələ də xəbərsizdirlər.
Yol polisi rayonlardan gələn şəxslərə ayın sonuna qədər avtobus və qatarlardan istifadə etməyi tövsiyə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır — 16 nəfər ölüb
Bazar gününə gözlənilən hava şəraiti
Xanım rektor 250 min manatlıq mebel alır
Deputat: "Binamız əxlaqsızlıq yuvaya çevrilib"
Azərbaycanda 11 uşaq bağçasının müdiri işdən qovuldu
Milli Məclisin avtomobili satılır - 5 500 AZN
Sabah yağış yağacaq