13.03.2023 - 11:46
Hadisə
3 baxış
Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı - FOTO
Bu gecə Bakıda ağır yol qəzası baş verib.
Minval.info Qafqazinfo-ya istinadla xəbər verir ki, saat 00:15 radələrində Nizami rayonu, Babək prospekti 23/23 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Qazıbəyov Elçin Aydın oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yola çıxaraq səkidəki insanlara və ağaca çırpılıb.
Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu, Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb.
İlkin araşdırma zamanı E.Qazıbəyovun sükan arxasında ürəktutmadan ölməsi və bu səbəbdən avtomobilin qəzaya uğraması məlum olub.
Qeyd edək ki, Elçin Qazıbəyov Naxçıvan şəhər Polis İdarəsinin rəisi polis polkovniki Eldar Qazıbəyovun qohumudur. O, özü də əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.
Fakla bağlı Nizami RPİ-də araşdırma aparılır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
22.07.2026 - 19:56
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
22.07.2026 - 17:54
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
22.07.2026 - 15:53
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
22.07.2026 - 12:32
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO
18.11.2025 - 14:27
Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
18.11.2025 - 10:50