09.08.2026 - 20:01
Dünya 19 baxış

Suriya və Rusiya arasında yeni mərhələ: Hərbi bazaların gələcəyi necə dəyişəcək?

Suriya və Rusiya, ölkə ərazisində yerləşən Rusiya hərbi bazalarının gələcək statusunu müəyyənləşdirən bir memorandum imzalayıblar.

Minval.info xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi bu barədə rəsmi məlumat yayıb. Bir il yarım davam edən danışıqların nəticəsi olaraq, Xmeymim və Tartusda yerləşən Rusiya hərbi bazalarının gələcəkdə necə fəaliyyət göstərəcəyi dəqiqləşdirilib.

Memorandumda qeyd olunur ki, bu bazalar hər iki ölkənin maraqlarına uyğun olaraq birgə hərbi hazırlıq mərkəzləri kimi fəaliyyət göstərəcək. Suriya Xarici İşlər Nazirliyi bu sənədin Moskva və Dəməşq arasında münasibətlərdə yeni bir mərhələ açacağına ümid etdiyini bildirib.

Həmçinin, Xmeymim aerodromu daxil olmaqla bütün mülki obyektlərin mərhələli şəkildə Suriya mülki administrasiyasının nəzarətinə verilməsi planlaşdırılır. Bu prosesin üç aydan çox çəkməməsi nəzərdə tutulur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: