"Suriya ilə təhlükəsiz əraziyə Türkiyə nəzarət etməlidir"
“ABŞ rəhbərliyi yenidən təhdid dilində danışır. Bu münasibətlə heç bir uğurlu nəticə əldə etmək mümkün olmayacaq”.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
O, Türkiyə ilə Suriya arasında təhlükəsizlik bölgəsindən danışaraq bildirib: “Təhlükəsizlik bölgəsi ilə bağlı mövqeyimiz qətidir. Bu əraziyə Türkiyə nəzarət etməli, YPG (terrorçu PKK-nın Suriyadakı qolu-red.) orada omamalı, sərhədboyu təhlükəsizlik bölgəsinin eni 20 mil, yaxud 32 km olmalıdır”.
O, 1915-ci il 24 aprelin hadisələri ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin ünvanına söylədiklərinə də toxunub: “Makronun aprelin 24-nü “anım günü” elan etməsini unutmayacağıq. Fransa Prezidentinin söylədiyi ağır ifadələrin qarşılığı olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı