Süni intellekt ilk dəfə işçi çıxardı: Texnologiyanın iş dünyasında yeni dövrü?
Andon Labs startapı tərəfindən həyata keçirilən bir təcrübə zamanı süni intellekt Klod, San-Fransiskoda yerləşən bir mağazada menecer vəzifəsini icra edərək, ilk dəfə bir işçini işdən çıxardı. Bu barədə “Time” jurnalında məlumat verilib.
Minval.info xəbər verir ki, işçinin işdən çıxarılmasına səbəb onun 23 növbədən 17-sini buraxması olub. Əvvəlcə, süni intellekt işçiyə töhmət verməyi təklif etsə də, Andon Labs meneceri bu pozuntuların təkrarlanmasını qeyd edərək Klodun qərarını dəyişməsinə səbəb oldu.
Startapın baş direktoru Lukas Petersson, bu hadisəni süni intellektin inkişafında əhəmiyyətli bir dönüş nöqtəsi kimi qiymətləndirərək, gələcəkdə daha çox işçinin alqoritmlər tərəfindən idarə edilə biləcəyini vurğulayıb.
ƏLAQƏLİ
Kanadadan i̇rana sanksiya zərbəsi: Beynəlxalq sularda gərginlik artır
İşçilərdən biri, süni intellektin rəhbərliyi altında işləməyin çətin olduğunu, lakin dolanışıq üçün buna dözməli olduğunu bildirib. “Bu, ürəkbulandırıcıdır, amma mənə iş lazımdır”, – deyə o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kanadadan i̇rana sanksiya zərbəsi: Beynəlxalq sularda gərginlik artır
Zaur və günayın romantik anları sosial mediada izləyiciləri heyran etdi
Köhnə divardan çıxan xəzinə: Belçikada 9 milyon avro dəyərində tapıntı!
Cinlərin insanlara təsiri: Elm və Dinin toqquşması
Dövlət sərhəd xidmətində sürpriz təyinatlar: Kim harada xidmət edəcək?
Çində yeni maglev qatarı: 5 saniyədə saatda 800 km sürət!