Sumqayıtda 13 tibb işçisi işdən azad edildi
Sumqayıt Tibb Mərkəzinin nəzarətində olan bir neçə tibb müəssisəsində 13 əməkdaş bir gündə işdən çıxarılıb. İşdən azad edilənlər arasında üç poliklinikanın baş həkimləri də yer alır.
Minval.info xəbər verir ki, bu qərarın səbəbi vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların çox qısa müddət ərzində verilməsi ilə bağlıdır. Məlumata görə, TƏBİB tərəfindən aparılan araşdırmalar nəticəsində bu poliklinikalarda arayışların 20 dəqiqə ərzində təqdim edildiyi aşkar edilib. Bu isə prosedur qaydalarına zidd olaraq qiymətləndirilib.
Nəticədə, 13 əməkdaşın əmək müqaviləsinə eyni gündə xitam verilib. İşdən çıxarılanlar arasında Sumqayıt şəhər 1, 2 və 3 nömrəli poliklinikaların baş həkimləri də var. Həmçinin, həmin müəssisələrdə çalışan katibələr də eyni səbəbdən işdən çıxarılıb.
Hazırda TƏBİB-in məsələ ilə bağlı rəsmi mövqeyi açıqlanmayıb. İşdən azad edilən tibb işçiləri isə bu qərarın əsassız olduğunu iddia edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fıstığın yaşlıların beyninə təsiri ilə bağlı yeni araşdırma
Öskürək zamanı sitrus meyvələri və şirniyyatdan çəkinin
Payızda istehlak üçün ən faydalı tərəvəzlər açıqlandı
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası gerçəkləşdirildi
Qəhvənin insanlara fərqli təsiri: Dietoloq elmi əsasları açıqladı
Azərbaycanda quduzluq: yalnız bir yeni hal aşkar edilib
Dünya yeni pandemiya təhlükəsi ilə üz-üzədir