Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? - Prezident cavabladı
“Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bildirib.
“Rusiyanın sülhməramlı kontingenti regionu tərk edəndən sonra nə olacaq?” barədə suala cavab verən dövlət başçısı deyib ki, bizim Tovuzda, Zəngilanda Ermənistanla sərhədlərimiz var: “Bizim sərhəd qoşunlarımız Ermənistan tərəfinin bilavasitə yaxınlığındadır. İnsidentlər varmı? Yoxdur. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb, bizim qoşunlarımız beş metrlikdə dayanıblar. Lakin bizim heç bir hərbi planımız yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda ərəblərin seks üçün üz tutduğu gecə klubu bağlandı - Gizli video
Daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapıldı
Həbsxana həyatı yaşamış azərbaycanlı idmançılar: Onlar kimdir?
DİN Bakıda tələbənin intiharı ilə bağlı məlumat yayıb
Azərbaycan millisi indiyədək xal qazanmayan Lixtenşteynin tarixinə düşüb
Bakıda polis nəzarəti yalnız bu yerlərdə davam edəcək (RƏSMİ)