Sudan millisinin baş məşqçisi FIFA-nın sorğusunda Messiyə səs vermədiyini sübut edib
Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç FIFA-nın versiyasına görə ilin ən yaxşı oyunçusu üçün səsvermədə öz versiyasının düzgün qeydə alınmadığını söyləyib.
“Report”un “Tuttosport”a istinadən məlumatına görə, 54 yaşlı mütəxəssisin səsi FIFA-nın son protokoluna əsəsən Lionel Messiyə verilib. Lakin baş məşqçi İngiltərə “Liverpul”unda çıxış edən Məhəmməd Salahı fərqləndirdiyini bildirib.
Luqaroşiç seçki bülletenini atmamışdan öncə şəkilini çəkib. Fotoya əsasən o, Salah və Fransa PSJ-sində çıxış edən Kilian Mbappeyə səs verdiyini göstərib. Protokola əsasən isə onun səsi Messi və “Liverpul”un müdafiəçisi Vircil van Deykə verilib.
Qeyd edək ki, Nikaraqua yığmasının kapitanı Xuan Barreran da Messiyə səs vermədiyini iddia edib və daha sonra FIFA onun iddiasını təkzib edib. Oxşar iddiaların sübuta yetirilməsi FİFA-nın səsvermədə saxtakarlıq etdiyi fikirlərini yaradır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək


