STTM: Ermənistan hərbçiləri müharibədə ölkənin öz təyyarələrini vurub

Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibə zamanı Ermənistanın dörd “Su-25” hücum təyyarəsi və 1 helikopteri bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus hava hücumundan müdafiə qüvvələrinə zərbələr endirib.
“Minval.info” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu, Rusiyanın aparıcı təhlil mərkəzlərindən biri olan Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin (STTM) direktor Ruslan Puxovun redaktəsi ilə Qarabağda 44 günlük hərbi əməliyyatlara dair təhlillərin cəmləşdiyi “Qafqazda Fırtına” adlı analitik məcmuədə yer alıb.
ƏLAQƏLİ
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
STTM-in mənbələri iddia edir ki, Ermənistanın Hərbi Hava Qüvvələri bu ölkənin hava hücumundan müdafiə qüvvələrinə zərbələr endirib
Qeyd edilir ki, münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənstanın dörd “Su-25” hücum təyyarəsi və “Mi-8” helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. “Su-25” təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO
ABŞ Qarabağda minatəmizləmə işlərinə 2 milyon dollar ayırdı