Spotify-dan möhtəşəm sıçrayış: 300 milyon abunəçi ilə bazarın zirvəsində!
Musiqi yayım platforması Spotify, ödənişli abunəçi sayını 300 milyona çatdıraraq yeni bir rekorda imza atıb. Platformanın aylıq aktiv istifadəçi sayı isə 777 milyonu keçib.
Minval.info xəbər verir ki, şirkət, keçən ilin eyni dövrü ilə müqayisədə istifadəçi sayında 12% artım əldə edib. Spotify, premium abunəçilərinin sayını rüblük müqayisədə 9% artırmağı bacarıb. Qiymət artımları və bəzi texniki problemlərə baxmayaraq, istifadəçi bazasını genişləndirməyə davam edir.
İkinci rüb üzrə Spotify-ın gəliri 4,8 milyard avroya çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 14% artım deməkdir. Hazırda Spotify, musiqi yayımı bazarında liderliyini qoruyur və onu Tencent Music Entertainment, YouTube Music, Apple Music və Amazon Music izləyir. Spotify-ın ödənişli abunəçi sayı, Apple Music-in istifadəçi bazasını təxminən üç dəfə üstələyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır