28.06.2019 - 18:02
Qalmaqal
28 baxış
"Şou-biznesdəkilər mənə "qardaş" deməsin" kəlməsinin səbəbini açıqladı
Müğənni Vüqar Muradov qalmaqal yaradan “Şou-biznesdə heç kim mənə qardaş deməsin” kəlməsinə aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində belə bir açıqlama verməsinin səbəbini açıqlayıb:
“Xoşlamıram, məcbur deyiləm kimsə mənə qardaş desin. Çox yaxşı tanıdığım, yaxından və gözəl bildiyim biri var idi. Yanında bir insanla gəldi olduğum məclisə. Dedi ki, yoldaşımdır. Başladı mənə “qardaş” deməyə. Başımdan tüstü çıxdı ki, “qardaş” nədir? Başa düşdüm ki, həmin adam buna yaxşı pul xərcləyir, ciddi münasibət qurmağa çalışır. Ona görə də, gözdən pərdə asmaq üçün hamıya “qardaş-bacı” deyir.
Onu kənara çəkdim ki, qardaş yox, dost de. Özünü təmiz göstərmək üçün olmaz bunu demək. Çoxu məndən incidi bu ifadəmə görə.
Bu söhbət çox uzandı. Onlar öz qardaşları üçün bacı, mən də öz bacılarım üçün qardaş olum. Mənə heç “qaqam”da deməsinlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
10.10.2026 - 15:38
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
10.10.2026 - 12:58
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
09.10.2026 - 11:58
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
07.10.2026 - 15:40
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
06.10.2026 - 14:42
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
04.10.2026 - 13:42
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
30.09.2026 - 08:47
Netanyahu ilə görüş Yunanıstanda siyasi qalmaqal yaratdı
26.09.2026 - 14:43