Artımlar üçün bu ilin qalan dövrü üzrə 660 milyon manat əlavə vəsait ayrılacaq

Xəbər verdiyimiz kimi, dövlət başçısının 18 iyun tarixli sərəncamlarıyla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub.

Minval.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, ümumilikdə, 18 iyun tarixli sərəncamlarla ölkədə minimum əməkhaqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanı əhatə edəcək. Bunlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir.

Əmək pensiyasının minimum məbləğinin 160 manatdan 200 manata çatırılması 660 min pensiyaçını əhatə edəcək.

Beləliklə, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının, eləcə də dövlət başçısının qanunvericilik təşəbbüsü nəticəsində minimum pensiyanın artırılması birbaşa olaraq, 2,1 milyondan çox vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verəcək. Bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə 660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq.