Silah zavodundakı qəzada həlak olan mayor imiş - FOTO
Xəbər veridiyimiz kimi, bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verməsi nəticəsində İsmayılov Adil Balaş oğlu həlak olub.
Metbuat.az-ın əldə etdiyi məlumata görə o, ehtiyatda olan mayor olub.
O, 1993-94-cü illərdə Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
44 günlük Vətən müharibəsi zamanı MSN istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə Dövlət Sərhəd Xidmətinin və Müdafiyə Sənayesi Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.
Ehtiyatda olan mayor-İsmayılov Adil Balaş oğlu 1969-cu il 3 sentyabrda Yardımlı rayonunun Arus kəndində anadan olub.
Ailəlidir, 3 övladı və 4 nəvəsi var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda