Sosial media fenomeni tayane dalazeni su altında qorxu dolu anlar yaşadan köpəkbalığı hücumu
Braziliyada tanınmış sosial media fenomeni və vəkil Tayane Dalazen, dalğıc turu zamanı 2 metrdən uzun bir köpəkbalığının hücumuna məruz qalıb. Köpəkbalığı qadının bud nahiyəsini dişləyərək onu bir neçə saniyə su altında saxlayıb.
Minval.info xəbər verir ki, 37 yaşlı Dalazen hadisənin baş verdiyi anları kameraya çəkib və bu görüntüləri sosial media hesabında yayımlayıb. O, dalış zamanı köpəkbalıqlarının qeyri-adi davrandığını və səthə yaxın üzdüyünü müşahidə etdiyini bildirib.
Dalazen, qəfil ayağında güclü bir təzyiq hiss etdiyini və köpəkbalığının onu budundan dişləyərək su altında sürüklədiyini qeyd edib. Bir neçə saniyə sonra heyvan qadını buraxıb və Dalazen sudan öz gücü ilə çıxmağı bacarıb. Hücum nəticəsində onun bud nahiyəsində dərin yaralar yaranıb.
Hadisədən sonra Dalazen, tur təşkilatçılarının köpəkbalıqlarını turistlərə yaxınlaşdırmaq üçün yemlədiyini öyrənib. O, bölgədə çox sayda köpəkbalığının olduğunu və davranışlarının adi haldan fərqləndiyini vurğulayıb.
Sosial media fenomeni, hücum zamanı köpəkbalığına toxunmadığını, lakin heyvana çox yaxın olduğunu deyib. O, bu hadisəni “çox qorxulu” adlandırıb və görüntülər qısa müddətdə milyonlarla dəfə izlənilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı