Son dəqiqə! - Bakıda mərmi partladı, yaralanan var - VİDEO
Bakının Nərimanov rayonunda “Çermet” adlanan ərazidə partlayış baş verib. Virtualaz.org xəbər verir ki, əlvan metal qəbulu məntəqəsində mərmi partlayıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ağır yaralanb.
Bununla yanaşı, redaksiyamız əlvan metal qəbulu üzrə bir məntəqədə çəkilmiş sensasion video əldə edib. Bu videoda bir yerə toplanmış partlamamış sursatlar görünür və heç bir təhlükəsizlik tədbirlərindən söhbət belə getmir.
Maraqlıdır ki, Azərbaycan ərazisində partlamamış silah-sursatın zərərsizləşdirilməsi ilə ANAMA adlı qurum məşğul olur və bütün belə mərmilər Müdafiə Nazirliyinin və FHN-in mütəxəssislərinin nəzarəti altında dərhal məhv edilməlidir. Lakin anlaşılmaz səbəblər üzündən tonlarla mərmi Bakının mərkəzində adi bir əlvan metal qəbulu məntəqəsində toplanıb.
Bunu necə qiymətləndirmək olar? Təxribat, yoxsa cinayətkar səhlənkarlıq? Axı heç kimə sir deyil ki, bu mərmilər cinayətkarların və potensial terrorçuların əlinə düşə bilər.
Bugünkü partlayışdan artıq bir nəfər zərər çəkib. Daha böyük bəlalardan isə bizi hələlik Allah qoruyur.
Virtualaz.org
http://www.dailymotion.com/video/x6h9xua
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənilər Şurnuxunu da yandırırlar - VİDEO
Məşhur azərbaycanlı müğənnilər verilişə çıxmaqdan imtina etdilər – Video
Bakıda ərəblər küçədə rəqqasəni oynadıb, başına pul səpdilər - VİDEO
FHN koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət edib - VİDEO
Azərbaycanda tarix müəllimindən "Milyonların şousu"nda böyük uduş - VİDEO