Son 4 ildə Fransada sığınacaq alan azərbaycanlıların sayı iki dəfə azalıb
Son 4 ildə Fransada sığınacaq alan azərbaycanlıların sayı iki dəfə azalıb.
“Report”un Fransa bürosu xəbər verir ki, 2015-ci ildə Fransada 182 azərbaycanlı mühacir sığınacaq almışdısa, 2018-ci ildə yalnız 81 nəfərə bu hüquq verilib.
Fransanın Qaçqınlar və Vətəndaşlığı olmayanlar üzrə İdarəsi (OFPRA) 2015-ci ildə 88,4 faiz, 2016-ci ildə 84,2 faiz, 2017-ci ildə 82,9 faiz, 2018-ci ildə isə 88,9 faiz azərbaycanlı mühacirin müraciətinə mənfi cavab verib. Nəticədə onlar vəkil tutaraq müraciətlərinə yenidən baxılması üçün Sığınacaq Hüququ üzrə Fransa Milli Məhkəməsinə (CNDA) şikayət ərizəsi veriblər. Ancaq 2015-ci ildə azərbaycanlı mühacirlərin 79,5 faiz, 2016-cı ildə 77,2 faiz, 2017-ci ildə 83,6 faiz və 2018-ci ildə isə 81,2 faizinə məhkəmədən mənfi cavab verilib.
Avropa liderləri qeyri-rəsmi toplantıda süni intellekt və Ukraynanı müzakirə edir
Beləliklə, 2015-ci ildə 182, 2016-ci ildə 166, 2017-ci ildə 116 və 2018-ci ildə 81 nəfər azərbaycanlı mühacirə Fransada sığınacaq verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?