Smartfonunuzda silinmiş tətbiqlərin gizli qalan izləri: Yaddaşınızı necə təmizləməli?
Android smartfonlarından tətbiqlərin silinməsi ilə əlaqədar olaraq, istifadəçilər çox vaxt bütün məlumatların tamamilə yox olduğunu düşünürlər. Lakin bu, həmişə belə deyil.
Minval.info xəbər verir ki, media mütəxəssisi Şahir Xan, tətbiqlərin silinməsi zamanı onların arxasında “zibil” adlandırılan sistem məlumatları və keş kimi izlər buraxdığını qeyd edir. Bu məlumatların tamamilə silinməsi üçün xüsusi üsullar mövcuddur.
Misal olaraq, “Call of Duty: Mobile” oyununu quraşdırıb silən Şahir Xan, cihazın yaddaşında hələ də 1,5 giqabayt məlumatın qaldığını aşkar edib. Belə halların qarşısını almaq üçün smartfonun yaddaşını mütəmadi olaraq yoxlamaq və “zibil” təmizləmək üçün xüsusi proqramlardan istifadə etmək tövsiyə olunur.
Android əməliyyat sistemi, saxlanılan məlumatlara tam giriş imkanı vermədiyi üçün, istifadəçilər kənar tərtibatçıların hazırladığı utilitlərdən yararlanmalıdırlar. Bu alətlər vasitəsilə cihazın yaddaşını təhlil etmək və silinmiş tətbiqlərdən qalan faylları təmizləmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır