Siyavuş Novruzov: Bir evi beş nəfərə satırlar, məhkəmələr isə qərar çıxaranda narazı qalırlar
Bu gün insanların ən çox narazı qaldığı sahələrdən biri məhkəmələrlə bağlıdır.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, eyni mənzilin bir neçə nəfərə satılmasının məhkəmə qaydasında həlli əlavə problemlər yaradır.
“Bəzən görürsən ki, bir mənzili beş nəfərə satırlar. Amma məhkəmə qərar çıxarır, həmin mənzil bir nəfərə çatır. Amma digər dörd nəfər məhkəmə qərarından narazı qalır”, – deyə S.Novruzov əlavə edib.
S.Novruzov bildirib ki, bu gün əməli saleh olmayan hakimlər var, ancaq məsələlərə kompleks yanaşılmalıdır.
S.Novruzov məhkəmələrin ixtisaslaşdırılmasını da təklif edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı