"Sivasspor"un legioneri "Qarabağ"la matçı buraxa bilər
Türkiyənin “Sivasspor” komandasının futbolçusu Maks Qradel Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”a qarşı matçı buraxa bilər.
“Report”un məlumatına görə, 32 yaşlı vinger Kot dİvuar yığmasının heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsində Madaqaskarı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.
85-ci dəqiqədə çiynindən xəsarət alan afrikalı oyunçu meydanı xərəkdə tərk edib. Qradelin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, noyabrın 26-da keçiriləcək “Qarabağ” – “Sivasspor” görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda keçirir. Ölkə çempionu Türkiyə təmsilçisi ilə qarşılaşmanın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək