“Sevinc-M” şirkətindən fırıldaq: "Bizə söz verirlər, amma..." - Fotolar
Tikinti şirkəti mənzil sahiblərini get-gələ salıb.
Minval.info xəbər verir ki, “Sevinc-M” şirkəti tərəfindən Bakı Şəhəri ,Yasamal rayonu,Zərdabi küçəsi 3166 məhəllədə inşa edilən üç binanın sakinləri yaranan vəziyyətdən narazıdırlar. Belə ki, mənzil sahibləri müqavilədə göstərilən məbləği tam olaraq ödəsələr də, şirkət alqı-satqı şərtlərinə riayət etmir. Müqavilədə göstərilən vaxta qədər şirkət mənzilləri təhvil verməyib.
Binada yaşayışa icazə verilsə də, yaşayış üçün heç bir norma yerinə yetirilməyib. Binaya hələ də qaz verilməyib. Şirkət rəhbərliyi hər dəfə sakinlərə söz verir, amma yerinə yetirmir.
Şikayətlə bağlı şirkətlə əlaqə saxlamağa çalışdıq. Amma telefonlara cavab verən olmadı.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda üç məzun dənizdə boğuldu - Video (Yenilənib)
“Kimin malını dağıtmışam?!” - 185 milyonluq yeyintidən danışdı
Azərbaycanda dəhşətli hadisədə ölən müəllimə ilə 8 yaşlı oğlunun FOTOsu
"Bizim cəmiyyətdə qadağanın faydası yoxdur” - Fazil Mustafa
Uşağa yod çəkərkən bu məqamlara diqqət edin!
Baş nazir qərar verdi: Bu şəxslərin maaşları artır
Şuşada bərpa-təmir işlərindən yeni görüntülər






