“Sevgilim uşaqdır ki...”- Nigar yenə kimə söz atdı?
“Sevirəm, mənə hörməti var. “Nəfəsim, qəlbim” o dəyərli insana həsr olunub. Sevməsəydim, vaxtımı itirib bu mahnını yazmazdım”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Nigar Camal “Show news” proqramına açıqlamasında bildirib. Sənətçi sevgilisindən danışarkən ikinci dəfə toy etməyəcəyini qeyd edib:
“20 yaşım var ki, toy etməyi düşünüm? O qədər işim var ki… Sevgilim uşaqdır ki, onu efirə çıxarıb yekəxanalıq edim? Doğrudan da bu, ağılsızlıqdır. İnsana hörmət qoyuram, ona deyim ki, gəl, səni də çəksinlər?”.

Bundan əlavə, N. Camal qızlarının seçimlərinə qarışmayacağını deyib: “Qızlarım İngiltərədə böyüyürlər, psixologiyaları başqadır. Onlar kiminləsə xoşbəxt olsa, desə ki, ana, sevirəm, mənə hörməti var. Onlara “yox” demərəm. Mənim üçün ən önəmlisi onların xoşbəxtliyidir.
Oğlan istər İngiltərə, istərsə də Azərbaycan şou-biznesindən olsun. Bunun heç bir önəmi yoxdur. Əsas onların xoşbəxtliyidir. Xoşuma gəlməyən insan barədə onları başa salaram ki, bu insan sənlik deyil. Amma bunu psixoloji zərər vurmadan, dostcasına izah edərəm. Uşaqlar böyüyürlər, həyat görməyiblər, onlara dəstək vermək lazımdır. Elə etmək lazımdır ki, xətirlərinə dəyməsin”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal