Separatçı qurumlarla sərhədləri açmırıq – Gürcüstan

Gürcüstanla Rusiya arasında gömrük dəhlizi razılaşması çərçivəsində işğal edilmiş ərazilərlə gömrük məntəqələri açması haqqında Rusiya KİV-lərinin məlumatı növbəti dezinformasiyadır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Xarici İşlər Nazirliyi David Zalkaliani deyib.
“Bu dezinformasiyanı bizim opponentlərimiz, müxalifətçilər və Gürcüstanın eks-prezidenti dəstəkləyir. Belə ittiham qəbuledilməzdir. Bunun reallıqla heç bir əlaqəsi yoxdur”, – deyə o bildirib.
Onun sözlərinə görə, Gürcüstanla Rusiya arasında 2011-ci ildə imzalanmış razılaşma İsveçrə şirkətinin Rusiya və Gürcüstan arasında yük dövriyyəsinin monitorinqini nəzərdə tutur və bunun gömrük terminallarına heç bir aidiyyəti yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub